Maliyyəçi-alim, Əməkdar müəllim Asif Kərimov vəfat edib

Maliyyəçi-alim, əməkdar müəllim Asif Kərimov vəfat edib

Tanınmış maliyyəçi-alim, İqtisad elmləri namizədi, Əməkdar müəllim Asif Kərimov vəfat edib.

“İNFONEWS” xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun ailəsindən məlumat verilib.

Bildirilib ki, A. Kərimov 93 yaşında xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Kərimov Asif Məti oğlu 1931-ci il mart ayının 19-da Füzuli rayonunda anadan olub. 1940-1950-ci illərdə orta təhsil alıb. 1950-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakültəsinə daxil olub və 1954-cü ildə fərqlənmə diplomu ilə bitirib. 1954-1957-ci illərdə Moskva Maliyyə İnstitutunun əyani aspiranturasında oxuyub.

Uzun illər o zamankı Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda və indiki Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə və Maliyyə-kredit fakültəsində müəllim, dosent, dekan müavini, dekan, kafedra müdiri vəzifələrində çalışıb. O, 2017-ci ildə təqaüdə yola salınmışdı.

Təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adına layiq görülən A.Kərimov UNEC-in Fəxri professoru olub.

O, maliyyə elminin nəzəri və praktiki məsələlərinə dair 100-dən çox elmi əsərlərin müəllifidir.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir