UNEC müəlliminin kitabı Almaniya kitabxanasına daxil edilib

UNEC müəlliminin kitabı Almaniya kitabxanasına daxil edilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Humanitar fənlər” kafedrasının baş müəllimi, t.ü.f.d. Cəmilə Həsənovanın Qarabağın arxeologiyasına dair yazdığı “Azərbaycanın Mil-Qarabağ bölgəsinin ilk tunc dövrü maddi mədəniyyəti” adlı monoqrafiyası Almaniyanın Martin Luther Universitetinin kitabxanasının kataloquna daxil edilib. 

“İNFONEWS” xəbər verir ki, bu əsər Mil-Qarabağ bölgəsinin qədim tarixini və maddi mədəniyyətini geniş şəkildə araşdıraraq, Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq elmi ictimaiyyətə tanıdılmasına töhfə verir.

UNEC alimlərinin yüksək səviyyəli tədqiqatları universitetin elm sahəsindəki nüfuzunu daha da artırmaqla yanaşı, ölkəmizin elmi potensialını dünyaya nümayiş etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir