Paşinyana dəstək mitinqinə gələn olmadı

Paşinyana dəstək mitinqinə gələn olmadı

“İNFONEWS” “Azvision.az” -a  istinadən xəbər verir.

Ermənistanda daxili siyasi gərginlik hər ötən gün daha da artır.

Bu ölkədə müxalifətin iqtidar əleyhinə təşkil etdiyi mitinqlərə cavab olaraq baş nazir Nikol Paşinyanın tərəfdarları da aksiyalar keçirirlər. Belə aksiyalardan biri dünən Gümrüdə təşkil edilib. Lakin bu dəfəki mitinqdə Paşinyanın aktiv dəstəkçiləri gözə dəyməyib.

Deputat Naira Zohrabyan müqayisə üçün 2018-ci ildə təşkil edilən mitinqlə dünənki aksiyanın fotolarını paylaşaraq deyib ki, hər ikisi Gümrüdə Nikolun tərəfdarlarının keçirdiyi aksiya olsa da, artıq reallıq göz önündədir.

Həmçinin erməni KİV-lərində aksiyaya qoşulan Paşinyanın azsaylı tərəfdarlarının İrəvandan gətirilməsi barədə məlumatlar dolaşır. Jurnalistlər Nikolun saxta dəstəkçilərinin Gümrüdə toplanması üçün müəyyən adminstrativ tədbirlərdən istifadə edilməsinə dair faktlar əldə ediblər.

Yayılan fotolardan birində öndə gedən şəxsin başqa bir ərazidən olan Suren Torosyan adlı məmur olduğu və işçiləri ilə yanaşı addımladığı qeyd edilib. Bildirilib ki, xalqın Paşinyanı dəstəkləməsi ilə bağlı görüntü yaratmaq üçün digər ərazilərdə yaşayan vətəndaşlar zorla da Gümrüyə gətirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir