Salyanda “xınayaxdı” mərasimi keçirən şəxslər cərimələniblər

Salyanda “xınayaxdı” mərasimi keçirən şəxslər cərimələniblər

“İNFONEWS” xəbər verir.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində profilaktik tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşları şəhər ərazisində xidmət aparan zaman “Tomris” kafesində sanitar-karantin rejiminin tələblərinin pozulduğunu və çoxsaylı qonaqların iştirakı ilə gizli şəkildə “xınayaxdı” mərasiminin təşkil edildiyini müəyyənləşdiriblər. Polis əməkdaşları məclisin keçirilməsinin qarşısını dərhal alıblar.

Məclisin təşkilatçısı və iştirakçılar barəsində inzibati qaydada protokollar tərtib olunub. Onların hər biri 200 manat məbləğində cərimə ediliblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir