Reza Deqati fotoaparatlarını satışa çıxarması ilə bağlı məsələyə aydınlıq gətirdi
“İNFONEWS” xəbər verir.
Məşhur fotoqraf Reza Deqati fotoaparatlarını satışa çıxarması ilə bağlı etdiyi paylaşımın müzakirəyə səbəb olmasına aydınlıq gətirib.
O bildirib ki, fotoaparatını satmasında məqsəd Azərbaycanlı qazilərin müalicəsinə kömək etməkdir:
Fotoaparatımı satıb, əldə edilən gəliri “YAŞAT” Fondunun hesabına köçürmək istəyirəm. Mənim hazırda imkanım buna çatır.
R. Deqati Qarabağdan, şəhidlərdən danışan zaman göz yaşlarını saxlaya bilməyib.