Azərbaycanın Çindəki səfirliyində matəm günü ilə əlaqədar xatirə kitabı açılıb

Azərbaycanın Çindəki səfirliyində matəm günü ilə əlaqədar xatirə kitabı açılıb

Azərbaycan Hava Yolları”nın Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü səbəbindən ölkəmizin Çindəki səfirliyində dövlət bayrağı yarıya endirilib.

“İNFONEWS” xəbər verir ki, səfirlik Çinin Xarici İşlər Nazirliyinə, BMT-nin qurumlarının ofislərinə, Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinə, Ərəb Dövlətləri Liqasının Çindəki təmsilçiliyinə, Pekindəki diplomatik nümayəndəliklərə nota göndərərək, matəm ilə əlaqədar dekabrın 26-27-də səfirlikdə xatirə kitabının açıldığını bildirib. Bundan başqa, səfirliyin Çində populyar olan sosial şəbəkə hesablarında hadisə ilə əlaqədar paylaşım edilib.

Xarici ölkələrin Çindəki diplomatik nümayəndəlikləri Azərbaycan səfirliyinə başsağlığı verir. Səfirlər Azərbaycan səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.

Qeyd edək ki, Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insan həyatını itirib və ya xəsarət alıb.

Şahin Cəfərov, AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir