“Bu təyyarələrin son 20 il ərzində üçüncü ölümcül qəzasıdır”
Embraer Е190 AR Braziliya istehsalı olan təyyarədir. Son 20 il ərzində üçüncü ölümcül qəzasıdır.
“İNFONEWS” xəbər verir ki, bunu tanınmış təlimçi, biznes məsləhətçi Elşən Bədirxanov öz sosial media hesabındakı paylaşımında yazıb.
Paylaşımı təqdim edirik:
“Aviasiya qəzalarını izləyən sayt olan Aviation Safety Network-un məlumatına əsasən, qəzaya uğrayan təyyarə 2013-cü ildə istehsal olunub və yalnız AZAL tərəfindən istismar olunub. 2023-cü ildə Rusiya, Orta Asiya və Yaxın Şərqə 225 reys icra edib, 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrınadək uçmayıb, sonra isə 105 uçuş həyata keçirib.
2004-cü ildən istehsal olunur. Konfiqurasiyasından asılı olaraq, 100-124 sərnişin daşıya bilir. İki General Electric CF34 -10E mürəkki ilə təchiz olunub, maksimal uçuş məsafəsi 5000 km-dir. Maksimal uçuş çəkisi 51,8 tondur.
Beynəlxalq bazarlarda bu modelin rəqibləri Kanadanın Bombardier CRJ-1000, Avropanın Airbus A220-100 и Airbus A318, ABŞ Boeing 717, Boeing 737-500 və Boeing 737-600.
Embraer E190-in ən iri alıcıları ABŞ-ın SkyWest Airlines, Republic Airways və Envoy Air aviaşirkətləridir. MDB ölkələrindən AZAL-dan başqa Embraer-in fərqli modellərini 2021-ci ilədək Belorussiyanın “Belavia”, Rusiyanın S7 və “İkar” aviaşirkətləri alırdı.
Embrayer E-Jet xəttindən (Е170, Е175, Е190 и Е195) 2024-cü ilin iyulunadək cəmi 1695 təyyarə istehsal olunub. Müxtəlif hadisələr zamanı onlardan 8 təyyarə istismardan çıxarılıb (onlardan 5-i əsasən sərt eniş nəticəsində ciddi xəsarətlərdən sonra).
Allah bütün ölənlərə rəhmət eləsin!”