“Embraer” təyyarəsinin pilotları ilə Qroznı dispetçeri arasındakı danışıqlarından bir hissə
“Embraer” təyyarəsinin pilotları ilə Qroznı dispetçeri arasındakı danışıqlar araşdırılır.
“İNFONEWS” xəbər verir ki, fraqmentin həqiqiliyi hələ təsdiqlənməsə də, məlum olur ki, təyyarə Qroznıda eniş zamanı idarəetməni itirib və digər hava limanlarına yönəlmək qərarına gəlib.
Təyyarə Bakıya uçmağa qərar verəndə pilot güclü bir zərbə haqqında məlumat verib. Əvvəlcə, zərbənin quş sürüsü ilə toqquşma olduğunu düşünüb. Daha sonra təyyarənin idarəetməsi və hidravlikası sıradan çıxıb.
Pilotlar ardıcıl olaraq Mahaçqala və Mineralnıye Vodı hava limanlarının hava şəraitini soruşublar. Çox güman ki, daha sonra Aktauya uçmaq qərarı qəbul olunub.
🔴 08:11:50
Ekipaj: AXY8243 Bakıya yönəlirik.
🔴 08:11:58
Dispetçer: AXY8243 hazırkı kursla 900 metrə qalxın.
Ekipaj:Hazırkı kursla 900 metrə qalxıram, AXY8243.
🔴 08:12:12
Dispetçer: AXY8243 təsdiqləyin, ehtiyat olaraq Bakıya uçursunuz?
Ekipaj:Təsdiqləyirəm, ehtiyat olaraq Bakıya uçuruq, AXY8243.
🔴 08:12:29
Dispetçer: AXY8243 əvvəlcə FL80-ə qalxın, “Pinta” nöqtəsinə birbaşa uçmağa davam edə biləcəksinizmi?
Ekipaj: FL80-ə qalxırıq, indi deyəcəyik, AXY8243.
🔴 08:12:48
Ekipaj: AXY8243 hər iki GPS itdi, vektoring lazımdır.
Dispetçer: AXY8243 anladım, sağa 360 kursu.
Ekipaj: Sağa 360 kursu, AXY8243, təşəkkürlər.
🔴 08:14:15
Dispetçer: AXY8243 FL150-ə qalxın.
Ekipaj: FL150-ə qalxırıq (anlaşılmaz) AXY8243.
Dispetçer: AXY8243, qalxışı sürətləndirin.
Ekipaj: Qalxışı sürətləndiririk, AXY8243.
🔴 08:16:05
Ekipaj: İdarəetmə sıradan çıxdı, kokpitdə quş zərbəsi oldu. Kokpitdə quş zərbəsi (anlaşılmaz).
🔴 08:16:16
Dispetçer: AXY8243 anladım, sizə hansı yardım lazımdır?
🔴 08:16:41
Ekipaj: Mineralnıye Vodıda hava şəraiti necədir, lütfən yardım edin.
Dispetçer: AXY8243, 16 dəqiqədə.
Ekipaj: Anlamadım.
Dispetçer: AXY8243, 16 dəqiqədə.
Ekipaj: 6 dəqiqədə nə?
Dispetçer: AXY8243, mesajınızı təkrarlayın, sizi pis eşidirəm.
🔴 08:17:15
Dispetçer: AXY8243, təyyarənin vəziyyəti yaxşıdır?
Ekipaj:Təyyarənin vəziyyəti yaxşıdır, Mineralnıye Vodıya yönəlirik.
Dispetçer: AXY8243 anladım, komandaya qədər hazırkı kursla davam edin.
Ekipaj:Anladım, hazırkı kursla komandaya qədər davam edirik. Xahiş edirəm, Mineralnıye Vodının hava şəraitini bildirin.
Dispetçer: AXY8243, gözləyin, FL150-ə qalxın.
Ekipaj:FL150-ə qalxırıq.
… (daha sonra dialoqlar davam edir).
Sonda heyət “Rostov Kontrol” ilə əlaqə saxlayaraq uçuşlarını davam etdirir.