Hüseyn Əsgərov vəzifəsindən azad edilib

Hüseyn Əsgərov vəzifəsindən azad edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov vəzifəsindən azad edilib.

“İNFONEWS”  “Modern.az” – a istinadən xəbər verir ki, bu məlumat Hüseyn Əsgərovun özü təsdiqləyib. O bildirib ki, vəzifədə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Həmçinin, o, bundan sonra fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirəcəyini söyləyib.

Qeyd edək ki, Hüseyn Abbas oğlu Əsgərov 1958-ci ildə Naxçıvanda anadan olub. O, 2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində çalışırdı.

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) digər müdir müavini Anar Məmmədov ötən ay vəzifəsindən azad olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir