Velosipedlər üçün 60 parklanma məntəqəsi təşkil edilib

Velosipedlər üçün 60 parklanma məntəqəsi təşkil edilib

2024-cü ilin sentyabr-dekabr aylarında mikromobillik operatorları tərəfindən 850 min 944 sifariş qəbul edilib və 2 milyon 244 min 302 kilometr məsafə qət edilib.

“İNFONEWS” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən il avqust ayının 24-də velosipedlərin icarəsi üzrə “Apar” xidməti və mobil tətbiqi istifadəyə verilib.

“Bu xidmət çərçivəsində indiyədək təxminən 215 min 800 kilometr məsafə qət edilib. Velosipedlər üçün 60 parklanma məntəqəsi təşkil edilib. “Apar” xidməti üzrə istifadəçi sayı 46 min nəfər təşkil edir. Bakıda operatorlar tərəfindən icarəyə verilən mikromobillik vasitələrinin sayı təxminən 4 min 670 ədəd təşkil edir. Bunların 77 faizini kiçik elektrik nəqliyyat vasitəsi (skuter), 18 faizini velosiped, 5 faizini isə elektrik velosipedləri təşkil edir”, – deyə Anar Rzayev vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir