Azərbaycanlı pianoçu Leyla Zeynalova ABŞ-da böyük uğur qazanıb
Azərbaycanlı pianoçu, Bard Kollecinin Longy Musiqi Məktəbinin (Longy School of Music of Bard College) tələbəsi Leyla Zeynalova ABŞ-da keçirilən “2025 Ann & Charles Eisemann” Beynəlxalq Piano müsabiqəsində (2025 Ann & Charles Eisemann International Young Artists Competition for Piano) II yerə layiq görülüb.
“İNFONEWS” – a verilən məlumatda bildirilib ki, həmyerlimiz olduqca rəqabətli müsabiqədə qalib olana qədər 3 mərhələdən keçmişdir. Pianoçu Leyla Zeynalova müsabiqənin final mərhələsində D. Şostakoviçin 2 nömrəli konsertini (F major, Op. 102) ifa etmişdir.