Qərbi Azərbaycan İcması “Deutschlandfunk” radio kanalını qınadı

Qərbi Azərbaycan İcması “Deutschlandfunk” radio kanalını qınadı

Almaniya Federativ Respublikasına məxsus ictimai radio kanalı “Deutschlandfunk”da 2025-ci il yanvarın 12-də Azərbaycan xalqına və dövlətinə qarşı böhtan dolu veriliş yayımlanıb. Materialın əsas süjeti bədnam azərbaycanofob Tessa Hofmanla müsahibə əsasında qurulub. Verilişdə guya 1990-cı ildə Azərbaycanda ermənilərə qarşı qanunsuz əməllərə yol verildiyi iddia edilib və keçmiş münaqişənin tarixi radikal erməni millətçiliyi konsepsiyasına uyğun təqdim olunub.

Verilişdə münaqişə zamanı Ermənistanın bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyması, Azərbaycan ərazilərini işğal edib viran etməsi, mədəni irsini dağıtması barədə bir kəlmə də deyilmir. Eynilə 1987-1991-ci illərdə Ermənistandan üç yüz min azərbaycanlının etnik təmizləməyə məruz qalmasının və 216 azərbaycanlının Ermənistanda qətlə yetirilməsinin üzərində sükutla keçilir.

“İNFONEWS” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir.

Qeyd olunur ki, kanalın irqi ayrı-seçkiliyə əsaslanan, nifrət dolu verilişlər yayımlayaraq regionda gərginlik yaratmaq əvəzinə, Ermənistanın irqçilik siyasətini, o cümlədən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın prezident olduğu dövrdə etdiyi və azərbaycanlılara qarşı etnik təmizləməni dövlət siyasəti olduğunu təsdiqləyən, bu günlərdə ortaya çıxmış məlum çıxışını pisləməlidir.

Qərbi Azərbaycan İcması olaraq biz “Deutschlandfunk” ictimai radio kanalının yol verdiyi irqi ayrı-seçkiliyi qınayır və radio rəhbərliyini bu qəbuledilməz addımla bağlı müvafiq ölçü götürməyə çağırırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir