Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədə hotel yanğınında həlak olanların ailələrinə və Türkiyə xalqına başsağlığı verib.
“İNFONEWS” xəbər verir ki, başsağlığında deyilir:
“Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”