Şuşa Teatrının səhnəsində yenidən “Anamın kitabı” – TAMAŞA
Yanvarın 24-də Şuşa Dövlət Musiqili Dram Teatrında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa yenidən nümayiş olunacaq.
“İNFONEWS” – un teatrdan əldə etdiyi məlumatında bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Lalə Şirinovadır.
“Anamın kitabı” yüksək ideya və dərin məzmununa görə böyük tərbiyəvi əhəmiyyət daşıyır.
Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Azərbaycan xalqının taleyüklü məsələləri bir ailənin timsalında ümumiləşdirilib, müxtəlif dövlətlərə meyilli olan ziyalıların səhv yol tutması tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu Vətən ideyası ətrafında birləşməkdir.