“Profilaktik dezinfeksiya tədbirləri zəruridir”- Sabir MƏMMƏDOV

“Profilaktik dezinfeksiya tədbirləri zəruridir”- Sabir MƏMMƏDOV

Bu gün artıq bir sıra ölkələrdə tüğyan edən Metapnevmovirus (HMPV) infeksiyası əhali arasında psixioloji narahatlıq yaratmaqda davam edir.

“İNFONEWS” xəbər verir ki, səhiyyə təşkilatlarının Metapnevmovirus xəstəliyi haqqında məlumat və bilgilərini mətbuatdan, sosial şəbəkə hesablarından əldə etmək mümkündür. Bununla belə biz də öz növbəmizdə xəstəlikdən qorunmaq, qarşısının alınması məqəsdilə ekspert, profilaktik dezinfeksiya işləri üzrə mütəxəssis Sabir Məmmədovun fikirlərini sizlərlə paylaşırıq. Mütəxəssis Sabir həkimin sözlərinə görə,  bir sıra sahələrdə

– sərhəd məntəqələrində (quru, su, hava sərhədləri)

– uşaq-yeniyetmə, eləcə də ali təhsil müəssisələrində

– ictimai iaşə – restoran, bar, kafe, şadlıq sarayları, turizm obyektlərində

təcili profilaktik, xüsusilə də dezinfeksiya tədbirlərinə start vermək; xəstəlik barəsində mətbuat və yerli televiziya kanallarında maarifləndirici məlumatların verilməsinə imkan yaratmaq zəruridir.

Sabir Məmmədov bu xəstəliyin profilaktikası məqsədilə dünyada vaksinasiyanın olmadığı halda tibb müəssisələrində uşaqlar arasında təcili peyvənd işlərinin aparılmasına çağırış edilməsini, mütəxəssislər tərəfindən xəstəliyin, ən azından, simptomatik müalicə təlimatın hələ də əhaliyə verməməsini, nəticədə ailənin hər bir xəstələnmiş üzvünün müalicəsinin baha başa gəlməsini böyük təəssüf hissi ilə qeyd edib.

Həmçinin o, dövlətimizin uzaqgörən siyasətini, yəni sərhədlərin bağlı olmasını hazırkı vəziyyətdə sevindirici hal kimi qarşılayıb. Sabir Məmmədov əhalinin xəstəliklə mübarizəsində həm müəssisə və təşkilatların, həm də şəxsi vətəndaşların Səhiyyə Nazirliyinin dezinfeksiya işləri üzrə müəssisələri və özəl dezinfeksiya şirkətlərinin xidmətlərindən, fəaliyyətindən istifadə etməyə dəvət edərək, ölkədə yetərincə dezinfeksiya dərman və materialları, eləcə də, maska, əlcək və geyim formalarının olmasını vurğulayıb.

Qeyd edək ki, 6 yanvar tarixində Azərbaycanın Səhiyyə Nazirliyi Çində sürətlə yayılan respirator və ya tənəffüs yolları ilə bağlı olan Metapnevmovirus (HMPV) xəstəliyi barədə əhaliyə müraciət edib. Nazirliyin açıqlamasına görə bu xəstəlik Çinlə yanaşı, Azərbaycana qonşu olan Rusiya və Qazaxıstanda da aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir