18 saylı marşrut xəttində karantin bitib
Vətəndaşlar tərəfindən “İNFONEWS”un redaksiyasına Xaliq Faiqoğlu şirkətinin müvəqqəti istismarında olan 18 saylı marşrut xətlərində dezinfeksiya vasitələrinin olmamasını əks etdirən videogörüntü daxil olub.
“İNFONEWS” xəbər verir ki, ölkə ərazisində mövcud pandemiya dövründə sanitar-epidemoloji vəziyyətlə əlaqədar TƏBİB tərəfindən mütəmadi olaraq ictimai yerlərdə dezinfeksiya vasitələrindən istifadə olunması barədə əhaliyə tövsiyyələr edilir. Maraqlıdır bəs necə olur ki, belə bir zamanda hər zaman sıxlıq müşahidə olunan 18 saylı marşrut xəttinə daşıyıcı tərəfindən əhali üçün nəzərdə tutulan dezinfeksiyaedici vasitələr yerləşdirilmir? Belə olan halda avtobusların gündəlik dezinfeksiya edildiyinədə şübhə yaranır. Əminik ki, müvafiq qurumlar məsələ ilə bağlı müvafiq tədbirlər görəcək.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Videogörüntüləri təqdim edirik: