Rəvan Ali Sübhan “NƏ QƏDƏR…” – Gənclər yazır

Rəvan Ali Sübhan “NƏ QƏDƏR…” – Gənclər yazır

“İNFONEWS” təqdim edir:

NƏ QƏDƏR…

Sevgidən nə qədər şeir yazmışam,
Saxlaram ovcumda sıxıb hamısın…
Sən demə, hamısın oxumamışam,
Bir gecə hirsimdən yığıb hamısın
Birbəbir oxuyub silənə qədər…

Allahın təkliyi qüdrətindədir.
Adamlar həssasdır təklikdən ölür.
O qədər yalnızam, o qədər təkəm…
Allahı sevənlər gülməkdən ölür,
Mən yəqin ölərəm gülənə qədər..

Yaxşılıq itəndə tapa bilmədik,
Yaxşılar itməyə tələsməsinlər
Qorxuram təklikdən, İlahi, nə vaxt..
Nə olar, getməyə tələsməsinlər
Gedənlər gələnlər gələnə qədər…

Müəllif: Rəvan Ali Sübhan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir