Azərbaycan Milli Kulinariya Assosiasiyasının hesabat iclası keçirilib

Azərbaycan Milli Kulinariya Assosiasiyasının hesabat iclası keçirilib

Yanvarın 28-də Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) ötən ilin nəticələrinə həsr olunmuş hesabat iclası keçirilib.

“İNFONEWS” xəbər verir ki, assosiasiyanın prezidenti, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov qurumun ötənilki fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, AMKA tərəfindən 2024-cü ildə ölkəmizdə və xaricdə bir çox tədbirlər, layihələr həyata keçirilib.

Peşəkar Qənnadıçılar Birliyinin sədri Eynur Nağdəliyev dünya ölkələrində Azərbaycan restoranlarının sayının çox olmasının vacib olduğunu bildirib.

Tədbir çərçivəsində media nümayəndələri və tərəfdaşlar “Təşəkkürnamə” ilə təltif edilib.

Daha sonra Azərbaycan Milli Kulinariya Assosiasiyasının 40 illik yubileyi ilə bağlı 2025-ci il üçün tədbirlər planı açıqlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir