Soydaşlarımız Misirin məşhur verilişində qonaq olublar

Soydaşlarımız Misirin məşhur verilişində qonaq olublar

Qahirədə yaşayan tanınmış ictimai fəal soydaşlarımız Sandi Saləm və Səbinə Aydın Misirin Şəms telekanalında “Fadfada” məşhur verlişində, canlı yayımda qonaq olublar.

“İNFONEWS” -a verilən məlumatda bildirilib ki, verilişin bu buraxılışı Misirdə yaşayıb-fəaliyyət göstərən, təhsil alan xarici vətəndaşların ailə hekayəsinə həsr edilib.

Verilişdə iştirak edən bacılar – Misirin Dövlət Ain Şəms Tibb Universitetinin 3-cü kurs tələbəsi, İCESCO-nun Sülh Səfiri və gənc alim-ixtiracı Sandi Saləm və bacısı Azərbaycan Respublikasının Diasporla İş üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə koordinatoru Səbinə Aydın ailələri, anası “Azərbaycanı kəşf et!” layihəsinin təsisçisi və “Xarıbülbül” Mədəniyyət Mərkəzinin rəhbəri Dr. Sədaqət Əliəşrəf, onun gördüyü işlər barədə danışıblar.

Doğma vətənimiz haqqında geniş məlumat verən Sandi Saləm Azərbaycanın multikultural, tolerant ölkə olduğunu vurğulayıb. Azərbaycanda hər bir ailədə təhsilə, elmə, çoxsaylı dil biliklərinə yiyələnməyə böyük qiymət verilməsi, mədəniyyətə, milli mənəvi dəyərlərə, xalq və müasir musiqiyə böyük maraq göstərildiyini qeyd edib.

Aparıcı Mr. Muhəmməd qonaq – bacıların geyimlərinin bənövşəyi rənginin səbəbini soruşduqda, bənövşəyi rəngin azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edən Xarıbülbül gülünün rəngi olmasını, bu gülün yalnız Qarabağda yetişməsi və Azərbaycanın qələbə, zəfər rəmzi olmasını söyləyiblər.

Bununla belə verilişdə uzun illərdir Misirdə keçirilən “Azərbaycanı kəşf et!”-dən, bu il layihənin 5-ci yubiley qala konsertinin baş tutacağından bəhs edib, hər kəsi yaxından iştirak etməyə dəvət ediblər.
Həmçinin, soydaşlarımız ərəb dilində nəşr etdikləri “Qarabag Azərbaycan” , “Azərbaycan Sədası” , “Heydər Əliyev – 100” kitablarından danışıb, geniş izləyici auditoriyasına təqdim ediblər.

Verlişdə iştirak edən ən balaca- 2 yaşlı Adam Havvasdan, onun Misir – Azərbaycan arasında ən kiçik diplomat olmasından, eləcə də Misir mediası tərəfindən “Mr Nil-Kaspi” adına layiq görülməsindən danışılıb.

Səbinə Aydın Misir və Azərbaycan arasında adət-ənənələr, sözlüklərin, milli mətbəxin, istiqanlı insanların ortaq oxşarlıqlarını qeyd edərək, hər kəsin dünya gözəlliklərini özündə əks etdirən doğma Azərbaycana səyahət etsini tövsiyə edib. Soydaşlarımız verilişboyu misirli aparıcıya Azərbaycan dilində sözlər öyrədib, Sandi Saləm müəllifi olduğu şeirlər kitabını nümayiş etdirərək, öz şeirlərini səsləndirib.

Verilişin linkini təqdim edirik:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir