Baş Nazir Prezident Putinə 1838-ci ilin unikal kitablarını hədiyyə etdi

Baş nazir Prezident Putinə 1838-ci ilin kitablarını hədiyyə etdi

Myanma Baş naziri Min Aun Hlayn Rusiya Prezidenti Vladimir Putinə nəşr ili 1838-ci il olan unikal buddist kitabı hədiyyə edib. Kitabda Myanma kralı ilə o dövrün Rusiya rəhbəri arasındakı əlaqələr təsvir edilir. Cənab Hlayn özünün və Putinin keçmiş həyatda artıq görüşdükləri fikrini bildirib.

“Bildiğimə görə, siz Rusiyanın liderisiniz nə beş, nə də on il, artıq daha uzun bir müddətdir. Demək olar ki, siz sadəcə, ölkənin lideri deyil, bir kralısınız. Bunu deməyimdə məqsədim, bəzən insanların keçmiş həyatda da görüşməsinin mümkün olmasıdır”.

“İNFONEWS” Rusiya KİV-ə istinadən xəbər verir ki, Baş nazir Hlayn 3 martda prezident Putinin dəvəti ilə Rusiyaya rəsmi səfəri çərçivəsində görüş zamanı söyləyib.

Onun Vladimir Putinə ilə görüşü Böyük Kreml Sarayında baş tutub.

“Belə qeyri-adi jest üçün çox sağ olun. Bu kitablar bizi birləşdirən dəyərlərin mühüm bir xatırlatmasıdır”, – deyə Putin bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir