“Naxçıvanda ətraf mühitin mühafizəsi və bioloji müxtəlifliyin qorunması sahəsində tədbirləri gücləndirilib”

“Naxçıvanda ətraf mühitin mühafizəsi və bioloji müxtəlifliyin qorunması sahəsində tədbirləri gücləndirilib”

Ətraf mühitin mühafizəsi və bioloji müxtəlifliyin qorunması sahəsində tədbirləri gücləndirilib.

“İNFONEWS” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Xanlar Mustafayev 2024-cü ilin yekunlar və gələcək perspektivlər barədə keçirilən mətbuat konfransında deyib. 

“Ötən il ətraf mühitə təsir hallarının qiymətləndirilməsi məqsədilə 1820 reyd-yoxlama keçirilmiş, 188 inzibati xəta halı qeydə alınmışdır. Balıq və digər su bioresurslarının mühafizə və ov qaydalarının pozulmasına, yaşıllıq sahələrinə vurulmuş ziyana və məhv edilməsinə, yer təkindən qanunsuz istifadə edilməsinə, Tullantıların düzgün idarə edilməməsinə, Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulmasına görə İnzibati xəta və dəymiş ziyana görə ümumilikdə 167.090 manat məbləğində cərimə tətbiq edilmiş, 47.070 manat cərimə məbləğinin icrası təmin edilmişdir. 62 ictimai-iaşə obyektinə qaz-toztutucu qurğu quraşdırılmışdır. Qaz-toztutucu qurğuların quraşdırılmasına görə 526 ictimai iaşə müəssisəsinəgəc sexinə məcburi göstəriş verilmişdir. Çirkab suların Naxçıvan şəhərində mərkəzi kanalizasiya şəbəkəsinə qoşulması məsələsinin araşdırılması üçün monitorinqlər davam etdirilmiş, kanalizasiya şəbəkəsi olmayan, kanalizasiya şəbəkəsinə qoşulmayan fərdi yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin rəqəmsal xəritəsi və yekun arayış hazırlanmışdır. Xüsusi mühafizə olunan təbiət ərazilərində biotexniki tədbirlər keçirilmiş, 1 ton daşduz, 70 kip qaba yem dağıdılmış, 1 ədəd su novu yerləşdirilmişdir. 2024-cü ildə Naxçıvan Muxtar Respublikasına gətirilməsi nəzərdə tutulan fauna növlərinin reintroduksiya proqramı hazırlanmışdır. Biomüxtəlifliyin qorunması, balıq bioresurslarının artırılması məqsədilə 250 min ədəd sazan balığının körpələri Heydər Əliyev Su anbarına və Uzunoba su anbarına buraxılıb, fauna növlərinin tarixi areallarına reintroduksiyası ilə bağlı isə 40 kəklik, 15 turac təbiətə buraxılıb. Eyni zamanda muxtar respublikanın xüsusi mühafizə olunan təbiət ərazilərindən 4 ədəd bezoar dağ keçisi xüsusi hazırlanmış qəfəslərə yerləşdirilərək populyasiyalarının bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilib”, – nazir əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir