“Muxtar Respublikada ötən il respublika ərazisində 826,9 hektar sahədə meşəsalma, meşəbərpa və toxumla əkin işləri görülüb”

“Muxtar Respublikada ötən il respublika ərazisində 826,9 hektar sahədə meşəsalma, meşəbərpa və toxumla əkin işləri görülüb”

Ötən il respublika ərazisində 826,9 hektar sahədə meşəsalma, meşəbərpa və toxumla əkin işləri görülüb, 311090 ədəd ting əkin dövriyyəsinə daxil edilib

 “İNFONEWS” – a verilən məlumatda bildirilib ki, bunu Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Xanlar Mustafayev 2024-cü ilin yekunlar və gələcək perspektivlər barədə keçirilən mətbuat konfransında deyib. 

Muxtar respublika ərazisində 826,9 hektar sahədə meşəsalma, meşəbərpa və toxumla  əkin işləri görülmüş, 311090 ədəd ting əkin dövriyyəsinədaxil edilmişdir. Nazirlik tərəfindən isə 432 ha sahədə meşəsalma, meşəbərpa və toxumla əkinişləri görülmüş, 94 590 ədəd ting əkilib. Meşə fondu ərazilərində 24,3 ha sahədə damcılı suvarma sistemi qurulmuş, sıradan  çıxmış su boruları yeniləri ilə əvəz olunmuşdur. Quşçuluq, Xətai və Qoşadizə tinglik sahələrində 11950 ədəd kızılçam və müxtəlif növ meyvə, meşə dibçəkləri yaşıllıq sahələrində bərpa aparılması üçün təşkilatlara verilmişdir. Batabat yaylasında “Azərbaycanda ətraf mühitin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilmiş, 110 ədəd dibçəkdə palıd, akasiya və həmişəyaşıl tingləri əkilmişdir. Batabat gölünün ətrafında 2,0 ha sahədə 1800 ting əkilmiş, xaşa toxumu səpilmiş, 12 tonluq su çəni əraziyə yerləşdirilmiş və 1,0 ha sahədə damcılı suvarma sistemi quraşdırılmışdır”, – nazir Xanlar Mustafayev söyləyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir