Tezliklə uşaq festivalı başlayır – “NAĞILLAR ALƏMİ İÇƏRİŞƏHƏR”

Tezliklə uşaq festivalı başlayır – “NAĞILLAR ALƏMİ İÇƏRİŞƏHƏR”

“İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruq İdarəsinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Nağıllar aləmi İçərişəhər” adlı uşaq festivalı keçiriləcək.

“İNFONEWS” -un Qoruq İdarəsindən əldə etdiyi bildirilib ki, saat 11:30-da uşaqların paradı ilə başlayacaq və saat 19:00-dək davam edəcək tədbir Qız Qalası meydanı, Qoşa Qala meydanı, Qüllə küçəsi, Bakı Xanlar Bağı, Arxeoloji Bağ, Kiçik Qala küçəsi, Dördbucaqlı Qala, Bakı Fotoqrafiya Evi və İçərişəhərin qalereyalarında baş tutacaq.

Balacalar üçün teatr tamaşaları, konsertlər, oyunlar, rəsm və interaktiv sərgilər, ustad dərsləri təqdim olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir