“Biz dünyayıq” adlı konsert keçiriləcək

“Biz dünyayıq” adlı konsert keçiriləcək

İyunun 3-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı keçiriləcək.

“İNFONEWS” xəbər verir ki, “Biz dünyayıq” adlı konsertdə “Musiqili Uşaq Teatrı”, “Sədəf” xalq çalğı alətləri ansamblı və solistlər, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi, “Şəms” uşaq xoru, vokal sinifi, “Simurq” musiqi festivalının iştirakçıları çıxış edəcəklər.

Proqramda maraqlı musiqi nömrələri səsləndiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir