Kim onu gördü “Ay işığında”…

Kim onu gördü “Ay işığında”…

Sentyabrın 7-si axşam saatlarında bu ilin ikinci və sonuncu tam ay tutulması hadisəsi müşahidə edilib. 

“İNFONEWS” xəbər verir ki, proses saat 19:28-də Ayın Yer yarımkölgəsinə daxil olması ilə başlayıb. 21:30-dan 22:52-yədək isə Ay tam tutulma mərhələsində olub.

Beləliklə, təxminən 82 dəqiqə ərzində Ay tamamilə qırmızımtıl çalarda görünüb. Ümumilikdə 5 saata yaxın davam edən proses dünya mediasının diqqətindən yayınmayıb.

Ölkəmizdə, o cümlədən, dünyanın dörd bir yanından əks olunan ayın görüntülərini diqqətinizə çatdırırıq.

Qeyd edək ki, buna, tam Ay tutulmasına, bəzən “Qanlı Ay” da deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir