“Ayna, ayna, de mənə – kimdir bu dünyada ən gözəl?”
Hər il 9 sentyabr tarixində qeyd olunan Beynəlxalq Gözəllik Günü (International Beauty Day) yalnız zahiri gözəlliyin deyil, daxili gözəlliyin, insanın mənəvi dəyərlərinin və dünyaya verdiyi pozitiv enerjinin də bayramıdır.
“İNFONEWS” xəbər verir ki, Beynəlxalq Gözəllik Günü ilk dəfə 1995-ci ildə Dünya Gözəllik Təşkilatı (World Beauty Organization) tərəfindən elan edilib. Məqsəd həm gözəllik sənayesinin inkişafına töhfə verənləri tanıtmaq, həm də insanların özlərinə olan münasibətlərini müzakirə etmək idi.
Bu günün əsas məqsədi – gözəlliyin müxtəlifliyini və universallığını qeyd etməkdir. Gözəllik standartları zamana, mədəniyyətlərə və fərdi dünyagörüşlərə görə dəyişir. Amma gözəlliyin tək bir dili var: təbii olmaq və özünə sadiq qalmaq.
Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim Tanrım gözəllikdir, sevgidir.
Gözəl sevimlidir, cəllad olsa da;
Sevgi xoşdur, sonu fəryad olsa da,
Uğrunda mənliyim bərbad olsa da,
Son dildarı gözəllikdir, sevgidir.
Gözəlsiz bir gülşən zindana bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hanki bəzmə etsəm güzər,
Həp duyduğum gözəllikdir, sevgidir.
Hüseyn CAVİD
Bəlkə də düz buyrulub ki, “Əsl gözəllik – sevmək və sevilməkdir. Gözəllik – qəlbdən gələndə əbədidir.”