Mafilə Müntəzirin şeir dəftərindən- “Mən ki İlahi eşqin quluyam”

“İNFONEWS” təqdim edir:
O eşqin quluyam ki, məni Haqqa götürsün,
Ürəyimdən nisgili, dərdi, qəmi itirsin,
Tikanların içində çiçək, qönçə bitirsin,
Ruhum rahatlıq tapsın, qəlbim də olsun aram,
İlahi eşq hardasa, ruhumla orda varam.
Söylədiyim söz ki, var, Tanrıdan, Haqqdan gəlir,
Qəlbimdə çağlayaraq, axaraq dilə enir,
Hər çağlayan bulaqsa sözə, misraya dönür,
Mən də bu halım ilə şeirə, misraya yaram,
İlahi eşq hardasa, ruhumla orda varam.
Dilləndirdim könlümü, coşdu, daşdı bir anda,
Duyğular sözə döndü, doğuldu bu cahanda,
Səsləndi, mən də varam, bu nəmdə, bu nişanda,
Cild- cild kitaba dönüb, gərək dünyada qalam,
İlahi eşq hardasa, ruhumla orda varam.
Eşqin izinə düşüb, ruhum gəzir dünyanı,
Həsrətlə gözləməkdə eşqə qovuşan anı,
Bu eşq ilahi bir eşq, ey könül, sən də tanı,
Gecə- gündüz bilmədən mən bu eşqi araram,
İlahi eşq hardasa, ruhumla orda varam.
(2021)