Odlar Yurdu Universitetində “Karyera həftəsi” keçiriləcəkdir
Noyabrın 17-20 tarixində Odlar Yurdu Universitetinin Strateji inkişaf və karyera departamenti, Yaradıcılıq və mədəni tədbirlər departamenti və tələbə təşkilatlarının təşkilatçılığı ilə universitetin 30 illik yubileyinə həsr edilmiş “Karyera həftəsi” keçiriləcəkdir.
“İNFONEWS” – a universitetdən verilən məlumatında bildirilib ki, “Karyera həftəsi” çərçivəsində 17 noyabrda “Gənclik və karyera inkişafı” mövzusunda karyera paneli, 18 noyabr “Gələcəyin peşəkarı: Karyera və əmək bazarı bacarıqları” mövzusunda təlim, 19 noyabrda “Karyera planlaması” mövzusunda təlim, 20 noyabrda isə “Əmək bazarında uğura aparan yol” mözusunda karyera təlimi keçiriləcəkdir.
