Almaniyada yaşayan bəstəkar Xədicə Zeynalova mükafatlandırılıb

Almaniyada yaşayan bəstəkar Xədicə Zeynalova mükafatlandırılıb

Almaniyada yaşayan soydaşımız bəstəkar Xədicə Zeynalova Türkiyənin Antalya şəhərində keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda iştirak edib.

“İNFONEWS” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə reallaşıb.

Forumun məqsədi mədəniyyət elçiləri və onların şəbəkəsi vasitəsilə mədəniyyətimizin beynəlxalq səviyyədə mütəşəkkil təbliği, xaricdə yaşayan mədəniyyət xadimlərinin fəaliyyətinin stimullaşdırılması, incəsənət və yaradıcılıq sahələrinin inkişafına əlavə dəstəyin verilməsidir.

Forumda Azərbaycan mədəniyyətinin inkişafına beynəlxalq aləmdə təbliğinə töhfə verən incəsənət nümayəndələri təltif edilib. Mükafatlandırılanlardan biri də Xədicə Zeynalova olub. O, Fəxri fərmanla təltif edilib.

Qeyd edək ki, Xədicə Zeynalova uzun illərdir Almaniyada yaşayır. Azərbaycan mədəniyyətinin təbliğində böyük rol oynayır. Almaniyada “İlin bəstəkarı” seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir