OYU “Kareyra həftəsi”ndə Kitab Sərgi-Yarmarka təşkil edilib
Odlar Yurdu Universiteti 30 illik yubileyini qeyd edir. Bu yubiley münasibətilə təşkil olunmuş “Karyera Həftəsi” layihəsi çərçivəsində növbəti uğurlu tədbir baş tutub.
“İNFONEWS” xəbər verir ki, Odlar Yurdu Universitetinin Strateji inkişaf və karyera departamenti “Qanun” nəşriyyatının birgə təşkilatçılığı ilə kitab sərgi-yarmarkası keçirilib.
Sərgidə “Qanun” nəşriyyatının müxtəlif janrları əhatə edən zəngin kitab kolleksiyası nümayiş edilib. Kitab sərgisi Odlar Yurdu Universitetinin tələbə və müəllim heyətinin geniş marağına səbəb olub.
“Qanun” nəşriyyatının “Təkərli kitab dükanı” layihəsi akademik teyətin xüsusi diqətini çəkib. Tələbələr sərgiboyunca mobilliyi ilə seçilən bu kitab dükanında nəşrlərlə daha rahat tanış olmaq, sevimli kitablarına yerindəcə baxmaq və onları asanlıqla əldə etmək imkanı əldə ediblər.
Kitab sərgisi həm tələbələrin maariflənməsinə, həm də oxu mədəniyyətinin təbliğinə mühüm töhfələr verib. Eyni zamanda, tədbir “Karyera Həftəsi”nin əsas məqsədlərinə uyğun olaraq iştirakçıların şəxsi inkişafına dəstəyini bir daha nümayiş etdirmiş olub.
“Karyera Həftəsi” çərçivəsində keçirilmiş bu kitab sərgisi tələbələrin elmə, ədəbiyyata və şəxsi inkişaf resurslarına əlçatanlığını əhəmiyyətli dərəcədə artırıb.
Beləliklə, kitab sərgi-yarmarkası Odlar Yurdu Universitetinin 30 illik yubiley tədbirlərinə xüsusi bir rəng qatmış olub.




