Hərəkət sxemini və qrafiki pozan bu avtobuslara XƏBƏRDARLIQ
Marşrut avtobusları tərtib olunmuş sxem və qrafik üzrə hərəkət etməlidir.
“İNFONEWS” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, 202 və 45 saylı marşrutların daşıyıcılarına onların nizamlı fəaliyyətinin təmin edilməsi, sərnişindaşıma qaydalarına və hərəkət cədvəlinə riayət edilməsi ilə bağlı xəbərdarlıq ediləcək.
Qeyd edək ki, həmin avtobusların günün pik saatlarında öz hərəkət sxemini dəyişməsi sərnişinlərin narazılığına səbəb olur.