Süni İntellekt Strategiyası əqli mülkiyyət qanunlarında dəyişiklik edilməsini gündəmə gətirir

Süni İntellekt Strategiyası əqli mülkiyyət qanunlarında dəyişiklik edilməsini gündəmə gətirir

Süni İntellekt xüsusi bir fenomendir. Bununla bağlı bir çox məsələlər, xüsusən hüquqi və fəlsəfi məsələlər meydana gəlir. Süni intellektin hətta inqilabi təsiri olduğu halda, ondan istifadə edilməsi peşəkar dairələrdə və cəmiyyətdə etik və hüquqi nöqteyi-nəzərindən müəyyən dərəcədə ehtiyatla qarşılanır.

“İNFONEWS” xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Süni İntellekt və patentlər” mövzusunda beynəlxalq konfransdan öncə təşkil edilən brifinqdə söyləyib.

Agentliyin rəhbəri Süni İntellekt ilə bağlı məsələlərin ölkəmizdə daim diqqət mərkəzində olduğunu bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” iqtisadiyyat, dövlət idarəçiliyi, təhsil, infrastruktur və s. sahələri əhatə edir. Strategiya normativ-hüquqi bazanın təkmilləşdirilməsini, data etikası, məsuliyyət məsələlərini özündə cəmləşdirən “Süni intellekt haqqında” Qanunun qəbul edilməsini, habelə əqli mülkiyyət sahəsində qanunlarda da dəyişiklik edilməsini gündəmə gətirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir