Azərbaycanlı həkim Almaniyada yüksək rəhbər vəzifəyə təyin edilib

Azərbaycanlı həkim Almaniyada yüksək rəhbər vəzifəyə təyin edilib

Almaniyada süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması və bu xəstəlikdən ölüm hallarının azaldılması məqsədi ilə həyata keçirilən dövlət səviyyəli Mammografiya Skrininqi Proqramı çərçivəsində yeni kadr təyinatı həyata keçirilib.

“İNFONEWS” xəbər verir ki, Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim tibb elmləri namizədi Dr. Orxan Səfərov sözügedən proqram üzrə 2026-ci ilin yanvarin 1-dən Programmverantwortlicher Arzt (PVA – proqram üzrə məsul həkim) vəzifəsinə təyin olunub.

O, Bonn – Euskirchen – Rhein-Sieg ilkin tibbi müayinə bölgəsi üzrə fəaliyyət göstərəcəkdir. Bu bölgə Almaniyanın ən iri ərazilərindən biri hesab olunur. Regionun ümumi əhali sayı təxminən 1,09 milyon nəfər, mammografiya ilkin tibbi müayində iştirak hüququ olan qadınların sayı isə təxminən 205 min nəfərdir.

Qeyd edək ki,  Orxan Səfərov 2011-ci ildən etibarən Almaniyada yaşayır və tibbi fəaliyyət göstərir. O, ilkin olaraq travmatologiya və ortopediya sahəsində çalışıb. Daha sonra isə radiologiya üzrə ixtisas həkimi kimi ixtisaslaşıb. O, 2021-ci ildə tibb üzrə doktorluq elmi dərəcəsini (Dr. med.) alıb, 2025-ci ildə Master of Health Business Administration (MHBA) təhsilini uğurla başa vurub. Orxan Səfərov MVZ Radiologie Troisdorf  tibb mərkəzində Ärztlicher Leiter (tibbi rəhbər) vəzifəsində çalışıb.

Son dörd il ərzində yəni 2021-ci ildən etibarən Dr. Səfərov senologiya  süd vəzinin diaqnostikası və süd vəzi xərçənginin erkən aşkarlanması sahəsində ixtisaslaşıb.

Bu təyinat Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkimlərin beynəlxalq səhiyyə sistemində artan rolunun göstəricisi kimi qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir