İlham Əliyev Ağdərə sakinləri ilə görüşündən paylaşım edib
Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə sakinləri ilə görüşündən paylaşım edib.
“İNFONEWS” paylaşımı təqdim edir:
“Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində.”
