UNEC “QS Avropa 2026” reytinqində Cənubi Qafqaz və Azərbaycanda birinci olub

UNEC “QS Avropa 2026” reytinqində Cənubi Qafqaz və Azərbaycanda birinci olub

“Times Higher Education World University Rankings by Subject” 2026-nın ardınca bu gün “QS World University Rankings (WUR): Europe 2026”-nın nəticələri açıqlanıb. Keçən illə müqayisədə bu reytinqdə iştirakçı universitetlərin sayı artaraq 958-ə çatıb. “QS Europe 2026”da Azərbaycandan 6-sı ilk dəfə olmaqla, 15 universitet qiymətləndirilib.

“İNFONEWS” -un Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) əldə etdiyi məlumata görə, UNEC bu reytinqdə də Azərbaycanda və Cənubi Qafqazda birinci olub.

Eləcə də, öz mövqeyini yaxşılaşdıran UNEC Avropanın “TOP 300” universitetləri sırasına daxil olmaqla, Avropada 271-ci, Qərbi Asiyada isə 12-ci yerə yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir