“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” – Ceyran Ayaz qızı İmanzadə

“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” –  Ceyran Ayaz qızı İmanzadə

“İNFONEWS” təqdim edir.

“Zəfər Sədası” uşaq xor qrupundakı sevimli Şəhid övladlarının istedadlarını geniş ictimaiyyətə çatdırmaq, onların yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədi ilə “SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” layihəsinin bu buraxılışının qonaqları Vətən müharibəsi zamanı Füzulinin aazad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan leytenant Ayaz İmanzadənin əziz övladı Ceyrandır.

Tanış olaq: Ceyran Ayaz qızı İmanzadə

Onun 6 yaşı var, məktəbəqədər təlimə gedir.

Mən 5 aylıq olarkən atan həlak olub. Onun üzünü yalnız şəkillərdə görmüşəm. Atamla mənim ancaq 2 xatirə şəklimiz var. Mən nənəmin, yəni onun anasının adını daşıyıram. Məhz buna görə atam mənə “balaca anam” deyə pıçıldayarmış.

Hər dəfə anamdan atam barədə danışmasını istəyirəm. Çoxlu sullar verirəm. Anam onun məni necə əzizləməsini və sevməsini söyləyəndə sevinirəm. Anam həm də atamın məni ilk dəfə 3 aylıq olarkən qucağna alıdığını deyib.

İstərdim ki, digər uşaqlar kimi məni də bağçaya atam aparıb ötürsün. Ona “ATA” sözünü doyunca deyib çağırım, sarılıb qucaqlayıb, üz-gözündən öpə bilim.

Başqa uşaqlar kitablardan oxuduqları nağıl qəhrəmanlarına heyranlıq duyarkən, mən öz gerçək Qəhrəmanımla qürur duyuram. Mənim atam təkcə mənim deyil, bütün Azərbaycanın, Türk dünyasının qürur mənbəyi, şanlı bir əsgəridir.

Mən bilirəm, atam məni duyur. Hər uğurumda, hər sevincimdə onun ruhunun yanımda olduğunu, mənimlə fəxr etdiyini hiss edirəm. Atamın ruhu mənim ömür yolumun sönməz çırağıdır; o işıq məni hər zaman qaranlıqlardan qoruyub, bundan sonra da qoruyacaq.

Buradan da atama səslənib demək istərdim…

– Əziz Atacan, tək arzum odur ki, sən hər zaman məni görəsən və biləsən: sənin adını, sənin şərəfli xatirəni ömrümün sonuna qədər başımın üstündə uca tutacağam. Sən mənim əlçatmaz zirvəmsən…

Şəhid Ayaz İmanzadənin ruhu şad olsun!

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir