Tofiq Bakıxanovla vida mərasimi keçirilir – Prezident və Birinci xanım əklil göndərdi

Tofiq Bakıxanovla vida mərasimi keçirilir – Prezident və Birinci xanım əklil göndərdi

Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib.

“İNFONEWS” xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyətin təmsilçiləri, mərhumun ailə üzvləri, media nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra mərhum İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də vəfat edib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir