Türkiyənin Rami Kitabxanası dünya birincisi oldu – IFLA 2026

Türkiyənin Rami Kitabxanası dünya birincisi oldu – IFLA 2026
İstanbulun ən böyük kitabxanası olan Rami Kitabxanası beynəlxalq arenada tarixi bir uğura imza ataraq, Beynəlxalq Kitabxana Assosiasiyaları və Müəssisələri Federasiyasının (IFLA) təşkil etdiyi 2026-cı il Yaşıl Kitabxana Mükafatında “Böyükmiqyaslı layihə” kateqoriyası üzrə birinci yerə layiq görülüb.
“İNFONEWS” xəbər verir ki, Cənubi Koreyanın Busan şəhərində keçirilən IFLA Dünya Kitabxana və İnformasiya Konqresi (WLIC 2026) çərçivəsində elan olunan müsabiqənin 11-ci buraxılışında Türkiyənin Rami Kitabxanası 27 ölkədən təqdim edilən 62 layihəni geridə qoyaraq, çoxşaxəli davamlılıq təşəbbüsləri ilə fərqlənməyi bacarıb.

Layihə ekoloji prinsiplərə əsaslanan müasir mədəniyyət məkanlarının yaradılması baxımından nümunəvi model kimi qiymətləndirilib.

Rami Kitabxanasının IFLA Yaşıl Kitabxana Mükafatında dünya üzrə birinci yerə layiq görülməsi tarixi irsin qorunması, ekoloji davamlılıq və müasir kitabxana xidmətlərinin vahid məkanda uğurla birləşdirilə biləcəyini nümayiş etdirir. Mükafat kitabxananın beynəlxalq səviyyədə tanınmasına töhfə verməklə yanaşı, Türkiyənin iqlim və davamlı inkişaf siyasətlərinin kitabxanaçılıq sahəsinə təsirini və ölkənin mədəni irsin qorunmasına verdiyi önəmi də diqqətə çatdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir