“Əngəlsiz düşüncə” inklüziv cəmiyyət naminə missiyasını uğurla davam etdirir

“Əngəlsiz düşüncə” inklüziv cəmiyyət naminə missiyasını uğurla davam etdirir
“Əngəlsiz düşüncə” Sosial İnkişafa Yardım İctimai Birliyi əlilliyi olan şəxslərin müasir cəmiyyətə inteqrasiyası və bərabər imkanların yaradılması istiqamətində fəaliyyətini uğurla davam etdirir.
“İNFONEWS” xəbər verir ki, təşkilatın əsası 2018-cı ildə Prezident mükafatçısı, tanınmış psixoloq, əlilliyi olan şəxslərin hüquqlarının fəal müdafiəçisi və şairə Mətanət Qüdsi tərəfindən qoyulmuşdur. Mətanət Qüdsinin vaxtsız vəfatından sonra onun xatirəsini və sosial missiyasını yaşatmaq məqsədilə təşkilatın rəhbərliyini ailəsi öz üzərinə götürüb. 2025-ci ildən təşkilata onun bacısı, Türkiyənin Bolu Abant İzzet Baysal Universitetinin Sosiologiya fakültəsindən fərqlənmə diplomu ilə məzun olan sosioloq Nəzrin Quliyeva rəhbərlik edir.
Hazırda ictimai birlik Şəmkir Gənclər Evində xüsusi dəstəyə ehtiyacı olan və fiziki məhdudiyyətli uşaqlar üçün mütəmadi təlim inkişaf proqramları təşkil edir. Layihə çərçivəsində aşağıdakı istiqamətlərdə aktiv fəaliyyətlər aparılır:
  • Yaradıcılıq və incə motorika: Rəsm, kvillinq, dekupaj və dekorativ-tətbiqi sənət məşğələləri
  • Reabilitasiya və adaptasiya: Art-terapiya və uşaqların özünəinamını artıran sosiallaşma fəaliyyətləri
  • Ailələrə dəstək: Həm uşaqlar, həm də onların valideynləri üçün fərdi və qrup şəklində sosial-psixoloji dəstək görüşləri
“Əngəlsiz düşüncə” İctimai Birliyi hər bir fərdin cəmiyyətdə bərabər və tamhüquqlu yaşamaq haqqını müdafiə edərək inklüziv gələcəyin qurulmasına xidmət etməyə davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir