Azərbaycanda bu gün koronavirus infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan “İNFONEWS” -a məlumat verilib.
Bildirilir ki, 2 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 233 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228012 nəfər müalicə olunaraq sağalıb, 3204 nəfər vəfat edib. Hazırda 2208 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 043, bu günə qədər isə ümumilikdə 2563101 test icra olunub.