Gəncə şəhər Baş Polis İdarəsi rəisinə birinci müavin təyin edildi
“İNFONEWS” xəbər verir.
Gəncə Şəhər Baş Polis İdarəsində yeni təyinat olub.
Bu barədə Daxili İşlər naziri, general – polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Nazirin əmri ilə Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) şöbə müdiri, polis polkovnik-leytenantı Niyaməddin Qasımov tutduğu vəzifədən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini, polis polkovnik-leytenantı Çingiz Aslanov vəzifəsindən azad olunaraq Balakən Rayon Polis Şöbəsinin rəisi təyin edilib.