BMT-nin Ətraf Mühit üzrə Assambleyasının növbəti iclası keçirilib
“İNFONEWS” xəbər verir.
Ənənəvi olaraq hər iki ildən bir keçirilən BMT-nin Ətraf Mühit üzrə Assambleyasının bu dəfəki onlayn sessiyası “Post-pandemiya dövründə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təbiət üzrə fəaliyyətlərin gücləndirilməsi” mövzusuna həsr edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə BMT-yə üzv dövlətlərin ekologiya və ətraf mühit üzrə nazirləri iştirak edib.
Assambleyada Azərbaycanı təmsil edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev görüş iştirakçılarına Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən dövlət proqramları, icra olunan işlər və pandemiyanın qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən tədbirlər barədə məlumat verib. Eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən törədilən ekoloji cinayətlər və görüləcək bərpa işləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.