Ödəmə terminalını sındıraraq pul oğurlayan şəxs saxlanılıb
“İNFONEWS” xəbər verir.
Ödəmə terminalını sındıraraq pul oğurlayan şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ucar şəhəri ərazisindəki inzibati binaların birində quraşdırılan “E-Manat” ödəmə terminalını sındıraraq, 369 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən şəhər sakini T.Hüseynov Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.