Ölkədə yağan güclü qar nəticəsində yolların buzlaşmasına görə Ağsu aşırımında hərəkət dayanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev “İNFONEWS”– a bildirib ki, kəskin hava şəraitinə görə həmin yol buzlaşıb və sürücülər bu yola daxil ola bilmir: “Aşırıma giriş qadağan edilməyib, lakin istifadə etmək mümkün olmadığı üçün yolda hərəkət yoxdur. Həmçinin, Bakı-Quba-Rusiya yolunun 130-cu kilometrliyindən başlayaraq Gəncob-Yalama yolu 204-cü kilometrədək yol buzlaşıb”.
BDYPİ sürücülərə müraciət edərək Ağsu aşırımından istifadə etməməyi tövsiyə edib, digər yollarda isə mümkün qədər diqqətli olmağa çağırıb.