Bakıda qarlı havaya görə avtobuslar dayanacaqdan kənar da saxlayacaq
“İNFONEWS” xəbər verir.
Mövcud hava şəraitində sərnişinlərin yolda qalmaması, onların avtobuslarla daşınması üçün ekspress xətlər üzrə fəaliyyət göstərən avtobusların aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürməsi qərara alınıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bununla əlaqədar Vahid Dispetçer Mərkəzi vasitəsilə ekspress xətt avtobusları sürücülərinə sms məlumatlandırma vasitəsilə göstəriş verilib.