Roma Papası Fransiskin vətəni Argentina ilə bağlı düşüncələri
“İNFONEWS” xəbər verir.
Argentina mətbuatında Roma Papası Fransisk haqqında maraqlı məlumat çıxıb.
“Haber Global”ın məlumatına görə, yerli “La Nacion” nəşrində “Papaların səhhəti” kitabından hissələr çap olunub.
Orda qeyd olunan bir məlumat isə yerli sakinlərin daha çox marağına səbəb olub.
Belə ki, əslən argenitanlı olan sonuncu Papa Fransisk vətəni üçün darıxmadığını, ömrünü Vatikanda başa vurmaq istəyidini bildirib.
O qeyd edib ki, Argentinadakı problemlər onu çox incidib: “Bir avtomobildə, üzərinə nazik örtük çəkərək gizlənməyin və bu halda üç hərbi yoxlama nöqtəsindən keçməyin necə bir şey olduğunu özünüz düşünün. Bunun yaratdığı gərginlik həddən artıq çox idi”.