Laçın rayonunda qədim Alban-udi xristian məbədində ikinci xidmət keçirilib

Laçın rayonunda qədim Alban-udi xristian məbədində ikinci xidmət keçirilib

“İNFONEWS” “Trend” -ə istinadən xəbər verir.

Qarabağ münaqişəsinin payızdakı gərginləşməsindən sonra Azərbaycanın Laçın rayonunda “Ağoğlan” qədim Alban-udi xristian məbədi-monastırında ikinci xidmət keçirilib.

Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Alban-udi xristian icması sədrinin müavini Rafik Danakari bildirib.

İcma sədrinin müavini Azərbaycanın multikultural bir ölkə olduğunu, dövlətin ziyarətgahları bərpa edəcəyini qeyd edib:

“Bərpa planları var, Prezidentimiz bu barədə deyib, bütün kəndlər bərpa olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir