Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4219 yeni yoluxma faktı qeydə alınıb, 3562 nəfər sağalaraq evə buraxılıb.
“İNFONEWS” xəbər verir ki, analiz nümunələri müsbət çıxan 38 nəfər vəfat edib.
Qeyd edək ki, indiyədək ölkəmizdə ümumilikdə 162 774 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 99 892 nəfər müalicə olunaraq sağalıb, 1 793 nəfər vəfat edib, aktiv xəstə sayı 61 089 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18006, bu günə qədər isə ümumilikdə 1902584 test nümunəsi götürülüb.