#SıraSəndə layihəsinin xüsusi buraxılışı Qələbəmiz uğrunda canından keçən bütün Şəhidlərimizə ithaf olunur.
“İNFONEWS” xəbər verir ki, #SıraSəndə layihəsi oxucu-izləyicilərinə “Türklərin Qızıl dövrü” (“Türklerin Altın Çağı”) əsərini təqdim edir.
Əsərin müəllifi: İlber Ortaylı
Türklərin əsrlər öncə açılan “dünyaya meydan oxumaq” dəftəri hələ örtülməyib və belə tezliklə bağlanacağına bənzəmir. Bunun üçün tarixi bilmək, hardan gəldiyinizi, hansı Vətənin sahibi olduğumuzu öyrənməliyik. Tarixini bilməyən, tarix yaddaşı olmayan cəmiyyətin haralara gedəcəyini, sürüklənəcəyini təsəvvür etmək mümkün deyil.
Türklərin qızıl dövrünü İlber Ortaylı qələmindən oxumaq istəyənlər üçün zövqlə mütaliə edəcəkləri bir kitab…
“Türklərin qızıl dövrü” kitabından seçmələr:
- XIV və XVII əsrlər arasında Hindistandan Vyana qapılarına qədər böyük bir coğrafiyaya hökm etdilər… Orta Asiya, Qafqaz, Orta Şərq və Avropanın tarixini formalaşdırdılar. Tətbiq etdikləri hərbi taktikalarla imkansız görünən bir çox savaşdan qalib çıxdılar. Tarixdən türkləri çıxsan tarix qalmaz.
- Türklərin Asiyada mövcud olma tarixi, heç şübhəsiz ki, onların yazısından daha qədimdir.
- Teymurun 35 illik hakimiyyəti dövründə qoyduğu miras çox möhtəşəmdir. Əvvəla, Orta Asiyanın simasını dəyişdirdi. İslam tarixində bu qədər qısa zamanda bu qədər böyük miras qoyan başqa bir dövrə rast gəlinmir…
- Osmanlı dövləti yaranmasından heç bir əsr keçməmiş, öz sərhədlərini Adriatik dənizi, Dunay çayı, Qara dəniz sahilləri və Mesopotamiyaya qədər genişləndirmişdi. İkinci əsrində isə Şimali Afrika da daxil olmaqla, Aralıq dənizinin qərb sahilləri ilə birlikdə şimalını da əhatə edən bir imperiyaya çevrlmişdi.
Yavuz Sultan Səlim dövrü imperiya sərhədləri şərqdə İrana, cənubda isə Mesopotamiya və Şimalı Afrikaya qədər gedib çatması ilə başa çatdı. Qanuni Sultan Süleyman dövrü dövlətin Dunay imperiyasına çevrildiyi dövrdür.
- 1453-cü il tarixi sadə avropalının da bildiyi bir tarixdir. Fateh Sultan Mehmet komplekssiz bir türk, Şərq ziyalısıdır. Təəssüf ki, onun kimisinə rast gəlmək çətindir və ya heç yoxdur… Fateh Sultan Mehmet bir Renessans ziyalısı idi. Renessansın avrodidaktik, yəni özü-özünü yetişdirmə imkanlarından maksimum istifadə etməyə çalışan koloritli bir ziyalı portretidir. Qərbdəki Renessans ziyalıları o dövrdə latınca və yunanca öyrənməyə başlamışdırlar. Halbuki Fateh yunanca və italyancadan başqa, farsca və ərəbcə də qələm oynadırdı. Fateh İstanbulun fəthindən sonra 28 il yaşadı və Avropanın yarısını aldı. Buna baxmayaraq, bəlkə də Qərb dünyasında ən çox qorxulan, hətta nifrət edilən liderdir.
#SıraSəndə layihəsinin bu buraxılışını hazırladı: Əsli Qasımova, UNEC