Üzeyir bəyin adını daşıyan 11 illik musiqi məktəbinin uğurları artır

İnfoNews bildirir ki, Bərdə Regional Mədəniyyət İdarəsinin nəzdində olan Mingəçevirdəki Ü. Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivi pandemiya dövründə də məhsuldar işləyib. Məktəbin bütün şagirdləri onlayn dərslərə qoşulub. Müəllimlər müəyyən səbəblərdən dərslərə qoşula bilməyən şagirdlər üçün videodərslər hazırlayıb, telefonlarına göndəriblər. Məktəbin internet səhifələrində mədəniyyət xəbərləri, görkəmli bəstəkar və sənət adamları haqqında maarifləndirici videoçarxlar hazırlanıb, paylaşılıb. Bu barədə martın 5-də kollektiv üzvlərilə keçirilən toplantıda məktəbin direktoru Vüsal Məmmədov məlumat verib. O, tədris ocağının ictimai həyatında fəallıq göstərən bir qrup müəllimi təşəkkürnamə ilə təltif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir